AZOM VAKANSİYALAR

 

AZOM.AZ-DA İŞmr-basket

Birinci olmaq üçün ən yaxşılara ehtiyacımız var! Komandamız məqsədyönlü, aktiv, yaradıcı və öz işini bilən müsbət keyfiyyətli mütəxəssislərdən ibarətdir. Əgər bu keyfiyyətlərə sahibsinizsə, biz sizi öz sıralarımızda görməkdən xoşbəxt olardıq. Kollektivimizdə hər zaman səmimi və dostluq ab-havası hökm sürməkdədir.

İşinizi qəlbinizin səsini dinləyərək və bacarığınıza uyğun olaraq seçin və Azom komandasının bir hissəsi olun. Gələcəyinizi peşəkar mühitdə yaradın. Biz hazırlamaq, öyrətmək və təşəbbüsünüzü dəstəkləmək üçün hazırıq!

 

VAKANSİYALARIMIZ:


  • KONTAKT-MƏRKƏZİN OPERATORU

    Tələblər:mr-basket

    - 20-45 yaş arası xanımlar

    - 22-40 yaş arası bəylər

    - Təşkilatçılıq, məsuliyyətlilik

    - İnsanlarla ünsiyyət qurma bacarığı və arzusu.

    - Telefonda danışıqları aparmaq və satış təcrübəsi

    - Müştəri ilə dialoq qurmaq bacarığı

    - Davamlı öyrənmə bacarığı

    - Kompüterdən istifadə etmə bacarıqları

    - Stressə davamlılıq, düzgün nitq və dəqiq diksiya

    - Ali təhsil; xarici dil bilikləri və müvafiq sahədə iş təcrübəsi arzu olunandır

    - Ticarət baxımından dəyərli vaxtdan səmərəli istifadə

    İş barədə məlumat

    - İş günü: 10:00-dan 19:00-dək

    - Şənbə günü: 10:00-dan 15:00-dək 

    - Məvacib: əmək haqqı + bonuslar; sınaq vaxtı: XM (xidməti müqavilə) ilə qeydiyyat;   mehriban kollektiv, işgüzar komanda

     

  • KURYER

    Tələblər:mr_baket

    - 20-35 yaş arası bəylər və xanımlar

    - İnsanlarla ünsiyyət qurma bacarığı və arzusu

    - Müştəri ilə dialoq qurmaq bacarığı

    - İnkişafa can atma

    - Stressə davamlılıq, düzgün nitq və dəqiq diksiya

    - İş vaxtından dəyərli istifadə etmə

    - Kompüterdən istifadə etmə bacarığı olanlara və rus dilini bilən namizədlərə üstünlük veriləcəkdir

    İş barədə məlumat

    - 6 tam iş günü 09:00-dan 20:00-dək

    - Məvacib: əmək haqqı (300 AZN) + bonuslar

    - XM (xidməti müqavilə) ilə qeydiyyat

    - Mehriban kollektiv, işgüzar komanda

     

  • SÜRÜCÜ

    Tələblər:mr basket

    - Geniş baqaj yeri və ya kuzası olan şəxsi avtomobilin olması (universal, furqon və minivan tipli)

    - BC kateqoriyalı sürücülük vəsiqəsi və sürücü kimi üç il iş təcrübəsi

    - Punktuallıq, nəzakətlilik və müştərilərlə iş bacarığı

    - Dəqiqlik, düzgünlük, davamlılıq

    - Şəhəri, onun küçələrini və prospektlərini yaxşı tanıma

    - Kuryer xidmətində iş təcrübəsi arzu olunandır

    - Ticarət baxımından dəyərli vaxtdan səmərəli istifadə

    İş barədə məlumat

    - 6 tam iş günü 09:00-dan 20:00-dək

    - Məvacib: əmək haqqı + bonuslar

    - XM (xidməti müqavilə) ilə qeydiyyat

    - Mehriban kollektiv, işgüzar komanda

    - Şəxsi avtomobildə şirkətin anbarından malların çatdırılması

                      
  • 1C BİLGİLİ ANBAR İŞÇİSİ (TİCARƏTİN İDARƏ OLUNMASI)

    Tələblərmr-basket

    - 22-40 yaş arası bəylər

    - Ofis proqramları: MS Office (Word, Excel)

    - Problemləri həll etmək bacarığına malik

    - Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

    - Ünsiyyət qura bilmə və komandada işləyə bilmə bacarığı

    - Analitik təhlil və operativlik bacarığı

    - Verilən tapşırıqların düzgün yerinə yetirilməsi

    İş barədə məlumat

    -  Rəsmi qeydiyyat

    - İş qrafiki:5 tam iş günü, 10:00-dan 19:00-dək

    - Şənbə 10:00-dan 15:00-dək

    - 1C proqramında uçotun aparılması

    - Verilən tapşırıqların (proqramlaşdırma üzrə) yerinə yetirlməsi