“AZOM.AZ”-IN İŞ PROSEDURU

MƏHSULLARIN ANBARLARA ÇATDIRILMASI

Əməkdaşlıq etdiyimiz istehsal müəssisələri və topdansatış firmaları öz məhsullarını bizim anbarlarımıza çatdırırlar. Çatdırmadan sonra həmin məhsullar anbarlarımızda logistika qaydalarına uyğun olaraq yerləşdirilirlər.

BASKETArtboard 1 copy 5@4x.png

SİFARİŞLƏRİN QƏBULU

Sayt və ya şəhər nömrələri vasitəsilə edilən sifarişlər anbara göndərilir, anbarda qablaşdırılaraq kuryerlər tərəfindən sifariş edilən ünvana çatdırılır. Sifariş edilən məhsullar hesab-faktura ilə birgə müştəriyə təqdim olunur.

Müştərilər nəzərə almalıdırlar ki, sifarişlər ən az üç saat əvvəl edilməlidir. Qeydiyyat zamanı müştərilərə əlavə pəncərə açılaraq onları sifarişlərin çatdırılma cədvəlinin qrafiki ilə tanış edir. Və hər bir müştəri özünə uyğun olaraq qrafikdə göstərilən vaxt aralığına görə sifarişini edə bilir.

NECƏ SİFARİŞ ETMƏLİ

1. Məhsulların kataloqla seçimi.

Kataloqun bölmələrində, sizi maraqlandıran məhsulu seçib "Səbətə" sonra “Əlavə etmək” düyməsini basın.

Sağ tərəfdə yuxarı küncdə siz hər zaman sifarişin ümumi dəyərini görəcəksiniz.

Hər bir məhsul haqqında ətraflı məlumat və onun böyüdülmüş təsviri vardır. Məhsul haqqında ətraflı məlumatla tanış olmaq üçün onun təsviri və ya adının üzərinə tıklayın.

Mağazamızın lazımi bölmələrinə sürətli keçid edə bilmək üçün kateqoriyalardan istifadə edin.

basket.png

2. Məhsulu səbətə əlavə etmək

Lazım olan məhsulun səhifəsinə daxil olaraq, tələb olunan sayı əldə etmək üçün “+” nişanına tıklayın, sonra “Almaq” düyməsini seçərək, onu səbətə əlavə edin.

Əgər məhsulu daha sonra əldə etmək istəyirsinizsə şəxsi kabinetinizdəki “İstək siyahısı” bölməsinə əlavə edin.

Seçiminzi müəyyənləşdirdikdən sonra “Səbət” bölməsinə keçid edərək “Sifariş verin” düyməsinə tıklayın.

3. Səbət

Bütün seçdiyiniz məhsullar “Səbət”də yerləşir. Siz onların sayını dəyişə və ya onları “Səbət”dən silə bilərsiniz.



basket.png

4. Sifariş

Çatdırılma tarixi və vaxtı qeyd edin. Çatdırılma intervalları hansı aralıqda çatdırılmanın mümkün ola biləcəyini nəzərə çatdırır.

5. Sifariş forması

Sifariş forması - şəxsi məlumatların daxil edilməsi, sifariş olunan məhsulun bir daha gözdən keçirilməsi və ödəmə mərhələlərindən ibarətdir.

6. Alternativ sifariş forması

Sifariş prosesini yüngülləşdirmək üçün sifariş etdiyiniz eyni məhsulu növbəti dəfə sifariş etmək istəyirsinizsə telefon əlaqəsi vasitəsilə məhsulun kodunu operatorlara söyləməyiniz kifayətdir.



basket.png

ÇATDIRILMA VƏ ÖDƏMƏ

Evlərə və iş yerlərinə çatdırılmanın şərtləri:

Bakı şəhəri üzrə çatdırılma 07:00 – 01:00 vaxt aralığında yerinə yetirilir.

Çatdırılma sifariş verilən gün və sifariş verilən vaxtdan üç saat sonra həyata keçirilir.

Sifarişin qəbul olunmasının zaman intervalı xüsusi cədvəldə öz əksini tapmışdır.

Sifarişin minimal məbləği – 5 AZN-dir.

5 AZN-dən 19.90 AZN-ə qədər olan sifarişlərin çatdırılma dəyəri 2 AZN-dir.

19.90 AZN və daha yüksək sifarişlər ünvana pulsuz çatdırılır.

Sifariş zamanı malın çəki parametrlərində və ölçülərində heç bir məhdudiyyət nəzərə alınmır.

“Azom.az” onlayn-hipermarketinin özünə aid çatdırılma xidməti, sifarişləri Bakı şəhərinin bütün ərazisi üzrə çatdırır.


basket.png

ÖDƏMƏ ÜSULU

Satın almanı sizə uyğun şəkildə həyata keçirin:

Nəğd. Ödəmə, məhsullarla tanış oldub satın alma qərarı verdikdən sonra həyata keçirilir. Pul, elə qapıdaca əmtəə və kassa çeklərini təqdim edən "Azom.az" onlayn hipermarketinin çatdırılma xidmətinin işçisinə verilir.
Onlayn: Ödənişinizi VİSA,MasterCard və Maestro kartları vasitəsi ilə ödəyə bilərsiniz.