Azom.az-da bloqsmoking.png

Sərfəli, keyfiyyətli, münasib qiymətli ekoloji təmiz məhsulların, düzgün qidalanma qaydalarının axtarışına nə qədər vaxt sərf edirsiniz? Bəzən bu informasiyaların axtarıb tapılmasına onların həyata keçirilməsindən daha çox vaxt sərf olunur! Biz sizin işinizi yüngülləşdirmək məqsədilə bloqda ən səmərəli, faydalı məlumatları hazırlayıb yerləşdirməyi qərara aldıq. Müxtəlif sahələrdə ekspert sayılan yaradıcı qrupumuz məhsul seçimi, düzgün qidalanma, şəxsi motivasiya və digər mövzularla bağlı dəyərli məsləhətlərini sizinlə bölüşməyə hazırdırlar. Hər zaman işinizə yaraya biləcək məsləhətlərimizlə yanınızdayıq.

 

Bizim məqalələrimizdə nələri oxuya biləcəksiniz

• Maraqlı faktlar. Sizə həm maraqlı həm də faydalı ola biləcək informativ seçmələr toplusu hazırlamaq bizim üçün çox zövqlü bir məşğuliyyətdir. Qida və qeyri-qida məhsullarından tutmuş şəxsi motivasiya bölmələrinə qədər.

 

• Bloqda Azom.az-ın yaradıcı heyəti tərəfindən orta statistik azərbaycanlının gündəlik məişət və sosial-psixoloji həyatında faydalı ola biləcək ən əhəmiyyətli məlumatlar toplanmışdır.

 

 

• Sağlam qidalanmaya, fitness-menyu və ekoloji təmiz məhsullara aid məqalələr. Toxunduğumuz mövzular bunlardır: düzgün qidalanma, faydalı məhsullar, münasib qiymətə sərfəli alış-veriş, qida və qeyri-qida sektoruna aid məhsulların hərtərəfli təhlili, müasir insanın sosial – psixoloji vəziyyəti.

 

• Yemək tərifləri. Təqdim etdiyimiz reseptlər özümüz tərəfindən sınaqdan keçirilir və bəyənilir. Reseptlərdə sadəcə yeməyin hazırlanma qaydası deyil, eyni zamanda məhsul və hətta qab –qacaq seçiminə də böyük yer verilir. Hər dada,hər zövqə uyğun yemək tərifləri hər zaman sizin süfrələri bəzəyəcək, dostlarınızı təəccübləndirəcək.