Haqqımızda

Biz kimik

Şirkətin yaranma tarixi

Azərbaycan onlayn Hipermarket 2018-ci ildə fəaliyyətə başlamışdır.

Missiyamız

“Azom.az” – Azərbaycan Onlayn Market – müasir həyatın tələblərinə cavab verən, sürətli və təhlükəsiz alış-veriş imkanı təmin edir.

İnkişaf edən ölkəmizdə çoxsaylı məhsulların çeşidi seçim prosesini mürəkkəbləşdirərək, qiymətli zaman itkisinə və sinir pozuntusuna səbəb olur. Bu halları aradan qaldırmaq məqsədi ilə, “Azom.az” şirkəti müştərilərinə öz peşəkar xidmətlərini təklif edir. Öz vaxtınızı səmərəli istifadə edərək, market rəflərində gördüyünüz məhsulu istənilən zaman əlverişli qiymətə əldə edə bilərsiniz.

Biz nə satırıq ?

Azom onlayn hipermarket yerli və dünyanın müxtəlif ölkələrindən gətirilən qida və qeyri-qida məhsullarının onlayn satışı və çatdırılması ilə məşğul olur. Gündəlik həyatda istifadə olunan istənilən ərzaq və qeyri-qida məhsullarını bizim virtual rəflərimizdə tapmaq mümkündür. Günü-gündən artan, yüksək keyfiyyətli məhsul çeşidi müştərilərə mümkün olan ən sərfəli qiymətlərlə təklif olunur.

haqqimizda.jpg

Çatdırılma

Marketin peşəkar işçilərindən ibarət çatdırılma xidməti Bakı şəhəri daxilində istənilən ünvana çatdırılma xidmətini həyata keçirir. Bakı şəhəri daxilində 20 (iyirmi) manat və üzəri sifarişlər zamanı çatdırılma ödənişsizdir. Sifarişin ümumi məbləği 20 (iyirmi) manatdan daha az olarsa, bu halda çatdırılma ödənişlidir və ödəniş 2 (iki) manat təşkil edir.

catdirilma.jpg

Çatdırılma müştərilər tərəfindən seçilən müəyyən vaxt intervalları çərçivəsində, xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.


catdirilma1.jpg

Sifarişlər zamanı, bütün məhsulların istifadə müddətinin bitmə tarixi xüsusi kompüter proqramları vasitəsi ilə yoxlanılır və bütün gigiyenik normalara uyğun olaraq, xüsusi saxlanma çantalarına qoyularaq müştərilərə çatdırılır.

Məhsullar harada saxlanılır

Bütün məhsullar, standartlara uyğun olaraq hazırlanmış və hər bir məhsul çeşidinin saxlanılma temperaturuna uyğun şəkildə təchiz olunmuş geniş anbarda saxlanılır. Məhsul keyfiyyətinə və anbarın təmizliyinə həm market əməkdaşları, həm də, aidiyyatlı qurumlar tərəfindən ciddi nəzarət olunur.

mehsulhardasaxlanilir.jpg


mehsulhardasaxlanilir1.jpg

Ödəniş

Azərbaycan onlayn hipermarketdə ödəniş 3 formada həyata keçirilir:

  • Onlayn şəkildə bank kartları vasitəsiylə;
  • Qapıda məhsulları təhvil aldıqdan sonra, nəğd şəkildə;
  • Qapıda məhsulları təhvil aldıqdan sonra, bank kartları vasitəsi ilə.

Minimal sifariş məbləği 5 (beş) manat təşkil edir.

Bizimlə əlaqə

İnstagram: Azom.az

Facebook: Azom.az

Mail: sifariset@azom.az

Əlaqə nömrələri: (012) 377 07 07
(077) 441 07 07

callcenter.jpg

callcenter1.jpg

callcenter2.jpg